UEFA Çempionlar Liqasında əsas mərhələyə start verilib.
“İki sahil” xəbər verir ki, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” da əsas mərhələdə mübarizəyə başlayıb.
Son ölkə çempionu ilk sınağına Portuqaliyada çıxıb. İkinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisi Lissabonda “Benfika”nın qonağı olub. “Da Luş” stadionda keçirilən görüş komandamızın əzmkar qələbəsi ilə başa çatıb - 3:2.
Oyuna inamsız başlayan “Qarabağ” 6-cı və 16-cı dəqiqələrdə buraxılan qollarla hesabda 2 top fərqi ilə geri düşüb. Buna baxmayaraq, ruhdan düşməyən Azərbaycan çempionu 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb. İlk hissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıya əla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.
Qeyd edək ki, “Qarabağ” Liqa mərhələsində növbəti oyununu oktyabrın 1-də Bakıda Danimarkanın “Kopenhagen” komandasına qarşı keçirəcək.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
"Eştadiu da Luş" stadionunda keçirilən matçda Ağdam təmsilçisi hesab arasındakı fərqi azaldıb - 2:1.
30-cu dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda ikinci qol vurulub.
16-cı dəqiqədə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb.
***
UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyununda hesab açılıb.
“İki sahil” xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar.
6-cı dəqiqədə Entso Barrenеçеа dəqiq zərbə müəllifi olub.

***
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Benfika" (Portuqaliya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
“İki sahil” xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
“Benfika”: Anatoli Trubin, Dediç, Antonio Silva,Otamendi, Samuel Dahl, Entso Barreneçea, Vangelis Pavlidis, Riçard Rios, Fredrik Aursnes, Şelderup, Sudakov
Baş məşqçi: Brunu Laje
“Qarabağ”: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90, Duran, 17
Baş məşqçi: Qurban Qurbanov.
"Fənərbağça"nın prezidenti barəsində yayılan iddiaları hüquq pozuntusu adlandırıb